15:22 30-04-2021
news_image
135
FUTBOL

“Mənə klub tap” – Ronaldodan tapşırıq

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo İtaliya “Yuventus”unu tərk etmək qərarı alıb.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu bununla bağlı müvafiq tapşırıq da verib.

Ronaldo agentinə növbəti mövsüm üçün yeni klub tapmağı tapşırıb. Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq forvardın artıq bu il klubunu dəyişəcəyi gözlənilir.

Qeyd edək ki, Ronaldonun xidmətində vaxtilə şərəfini qoruduğu “Mançester Yunayted” maraqlıdır.