15:41 30-04-2021
news_image
393
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovla Rəcəbov ilk “onluq”da - FİDE reytinqində

FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.
 
Apasport.az saytının məlumatına görə, may reytinqində ötən siyahı ilə müqayisədə bəzi dəyişikliklər olub.

100 ən yaxşı arasında Azərbaycanın 6 kişi və 3 qadın şahmatçısı yer alıb. Millimizin liderlərindən Şəhriyar Məmmədyarov 2770 xalla 8-cidir. Ondan 5 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb.

Nicat Abbasov 2665 xalla 72-ci, eyni xala malik Qədir Hüseynov eyni xalla 73-cüdür. Onlardan 11 xal az toplayan Rauf Məmmədov 1 pillə irəliləyərək 89-cudur.

90-cı yerdədir. Yığmamızdan ayrılmasına baxmayaraq, hələ də Azərbaycan təmsilçisi kimi göstərilən Arkadi Naydiç 2649 xalla 95-cidır. 

Siyahıda ilk “üçlük” dəyişməyib. Maqnus Karlsen (Norveç, 2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.
 
Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 2443 xalla 28-cidir. Gülnar Məmmədova (2382) 78-ci sırada yer alıb. Ondan 6 xal geri olan Xanım Balacayeva 89-cu sırada qalıb.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2593) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.