15:59 30-04-2021
news_image
244
FUTBOL

DÇ-2023-də Rusiya ilə eyni qrupda - yığmamız

Qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də DÇ-2023 yolundakı rəqibləri bəlli olub.

Yığmamız E qrupunda yer alıb. Komandamız Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro ilə görüşəcək.

Qeyd edək ki, seçmə mərhələ 2021-ci ilin sentyabrından 2022-ci ilin sentyabrına qədər keçiriləcək.