22:36 30-04-2021
news_image
106
FUTBOL

Liverpula qayıda bilər – 40 milyonluq rəsmi təklif

“Barselona”nın yarımmüdafiəçisi Filipp Koutinyo yenidən İngiltərəyə qayıda bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “Everton”un maraq dairəsindədir.

“Liverpul”un sabiq oyunçusunu Liverpul şəhərinin digər təmsilçisi transfer etmək üçün kataloniyalılarla danışığa başlayıb. Karlo Ançelottinin sərəncamında görmək istədiyi 28 yaşlı pleymeyker üçün rəhbərlik ilk olaraq 40 milyon avro təklif edib. “Barselona” da 2018-ci ildə 165 milyon avroya transfer etdiyi braziliyalının yüksək məvacibi üzündən onun gedişinə çalışır.

Qeyd edək ki, Koutinyo bu mövsüm 14 oyunda iştirak edib, 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.