23:20 30-04-2021
news_image
129
FUTBOL

Razılaşdı - “Tottenhem”in aparıcı futbolçusu

“Tottenhem”in yarımmüdafiəçisi Son Xın Minin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, cənubi koreyalı futbolçu London klubu ilə yeni müqavilə imzalayacaq.

Tərəflər arasında bu yöndə danışıqlar artıq müsbət yekunlaşıb. 28 yaşlı oyunçunun yaxın günlərdə 2023-cü ilin yayına qədər olan müqavilə müddətini uzatması gözlənilir.

Qeyd edək ki, Son Xın Min 2015-ci ildən “Tottenhem”də çıxış edir.