16:57 30-04-2021
news_image
175
FUTBOL

Cəzası bəlli oldu - Kumanın

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman cəzalanıb.

Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub.

O, La Liqanın növbəti matçlarını buraxacaq. Buna mütəxəssisin “Qranada” ilə görüş (1:2) zamanı baş hakim Pablo Fuertes tərəfindən qovulması səbəb olub. Referi Kumanın dördüncü hakimə “tipə bax e” deməsinə görə cəzalandırıb.

Qeyd edək ki, mütəxəssis “Valensiya” ilə mayın 2-də və “Atletiko” ilə 8-dəki görüşlərində iştirak etməyəcək.