18:14 30-04-2021
news_image
126
FUTBOL

Marselo Londona aparılacaq – Zidandan təkzib

“Real”ın müdafiəçisi Marselo Çempionlar Liqasının yarımfinal mərhələsində “Çelsi” ilə cavab oyununda iştirak edə biləcək.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçunun Londona getməsində problem qalmayıb.

Ulduz futbolçunun mayın 4-də “kral klubu”nda keçiriləcək prezident seçkisinə nəzarətçi təyin olunduğu üçün İngiltərəyə yollanmayacağı bildirilirdi. Lakin baş məşqçi Zinəddin Zidan oyunçunun onlarla birlikdə Londona gedəcəyini və sərəncamında olacağını açıqlayıb.

Qeyd edək ki, “Çelsi” – “Real” oyunu mayın 5-də keçiriləcək. Bu komandalar arasında baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınıb.