19:24 30-04-2021
news_image
109
FUTBOL

“Rəqiblərin məğlubiyyətlərinə sevinmirəm” - Zidan

“Mövsümün sonuna yaxınlaşırıq. Tamamilə sabah keçiriləcək qarşılaşmaya köklənmişik”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya “Real”ının baş məşqçisi Zinəddin Zidan deyib.

Fransalı mütəxəssis “Osasuna” ilə bugünkü qarşılaşma barədə fikirlərini açıqlayıb. O, bir gün öncə “Qranada”nın “Barselona”ya 1:2 hesabı ilə qalib gəlməsi barədə sualı da cavablandırıb: “Nou Kamp”dakı qarşılaşmanın nəticələri bizim oyuna heç bir təsir etməyəcək. Ətrafımızda baş verənlərə heç cür nəzarət edə bilmərik. Biz yalnız özümüzün edə biləcəyimizə fikir veririk. La Liqa həmişə çətin çempionat olub. Lakin mən heç vaxt rəqiblərin məğlubiyyətlərinə sevinmirəm”.