13:02 21-08-2008
news_image
395
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı beynəlxalq qrossmeyster normasını yerinə yetirib

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçısı Loğman Quliyev beynəlxalq qrossmeyster normasını yerinə yetirib. “APA-Sport” agentliyinin məlumatına görə, şahmatçımız bu uğura avqustun 20-də İspaniyanın Manresa şəhərində başa çatan beynəlxalq turnirdə imza atıb. Keçirdiyi 9 oyunda 7 xal toplayaraq ikinci yeri tutan L. Quliyev beynəlxalq qrossmeyster normasını doldurub. Şahmatçımız bunadək yarışlarda beynəlxalq usta kimi mübarizə aparıb.