00:19 01-05-2021
news_image
197
FUTBOL

1 dəqiqəlik sükutla başlayacaq - Azərbaycan çempionatının oyunları

Futbol üzrə Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

Buna səbəb Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsidir. Bu üzdən Premyer Liqa və I Divizion yarışlarının müvafiq olaraq XXV və XXIV turlarının matçları 1 dəqiqəlik sükutla başlayacaq.