01:35 01-05-2021
news_image
180
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov 3-cü yer uğrunda Aronyanla oynayacaq - Çempionlar Turunda

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində yarımfinala yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə ikinci görüşünü keçirib.

İlk görüşdə 1:3 hesabı ilə uduzan qrossmeysterimiz bu dəfə qalib gəlib – 3:0. Finalçının adına tay-brekdə aydınlıq gəlib. 1:2 hesabı ilə uduzan Şəhriyar finala yüksələ bilməyib.

O, 3-cü yer uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Levon Aronyanı sınağa çəkəcək. Sonuncu Karlsenə 1:3 hesabı (ilk oyun – 2:2) ilə uduzub. 

Qeyd edək ki, turnirə mayın 2-də yekun vurulacaq.