10:34 01-05-2021
news_image
226
FUTBOL

Messi ömürlük müqaviləyə razılıq verdi – bir şərtlə

“Barselona”nın kapitanı Lionel Messi klubun ömürlük müqavilə təklifinə razılıq verib.

Apasport.az saytının məlumatına görə, anlaşma baş tutarsa, argentinalı superulduz karyerasını bitirdikdən sonra da kataloniya klubunun rəhbərliyində yer alacaq.

33 yaşlı oyunçu hətta maaşında endirimə getməyə də hazırdır. Leo ilk ilində məvacibinin yarısından imtina edir. Bir şərtlə ki, Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland transfer edilsin. Klub prezidenti Joan Laporta da tezliklə norveçli üçün almanlarla danışığa başlayacaq.

Qeyd edək ki, Lionel Messi cari mövsüm La Liqada 31 oyunda keçirib, 26 qol, 9 assistlə yadda qalıb.