10:41 01-05-2021
news_image
78
FUTBOL

Zidandan müjdə - kapitan qayıtdı

Son vaxtlar zədəlilərin çoxluğundan əziyyət çəkən “Real”da baş məşqçi Zinəddin Zidan xoş xəbər verib.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis kapitan Serxio Ramosun sıraya döndüyünü açıqlayıb.

Onun sözlərinə görə, Ramos artıq kollektivlə birlikdə məşqlərə qoşulub və Çempionlar Liqasının yarımfinal mərhələsində “Çelsi” ilə səfər görüşünə hazır olacaq: “Ramos bizimlə məşq edir, oynaya bilər. Onu çempionatda “Osasuna” ilə oyunun heyətinə qatacağımızdan əmin deyiləm. Lakin Serxio artıq meydana daxil olmağa hazırdır”.

Qeyd edək ki, sonuncu dəfə martın 16-da Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta” ilə görüşdə iştirak edən Serxio Ramos sonradan həm koronavirusa yoluxub, həm də zədə alıb.