11:00 01-05-2021
news_image
86
FUTBOL

Müştəriləri artır – “Yuventus”un futbolçusunun

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo ilə maraqlanan klubların sayı artır.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü ilə maraqlanan komandalar sırasına “Çelsi” də qoşulub.

“Qoca sinyora”nın indidən transferə çıxardığı orta sahə oyunçusunu almaq heç də asan olmayacaq. Çünki başda “Barselona” olmaqla, bir çox klub 26 yaşlı futbolçunun keçidində maraqlıdır. “Yuve” isə onun satışından 20 milyon avro qazanc götürmək istəyir.

Qeyd edək ki, Adrien Rabyo “Yuventus”a 2019-cu ildə PSJ-dən keçib.