11:18 01-05-2021
news_image
324
FUTBOL

Polşa çempionundan təklif aldı – Mahir Emreli

“Qarabağ”ın hücumçusu Mahir Emrelinin mövsümün sonunda Polşaya köçmək ehtimalı yüksəkdir.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı legia.net saytı yayıb.

Bildirilib ki, Varşava “Legiya”sı 23 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir. Azərbaycan millisinin üzvü Türkiyə, Rusiya, Macarıstan və Portuqaliyadan təklif almasına baxmayaraq, Polşaya yollanmağın əleyhinə deyil. Həmkarlarımız mövsümün sonunda legioner həyatı yaşamaqda qərarlı olan Emrelinin “Legiya”ya keçmək şansının daha yüksək olduğunu vurğulayıb. Mahir hətta ilk təklifini də alıb, ancaq düşünmək üçün vaxt istəyib.

Qeyd edək ki, Polşanın digər klubları “Visla” (Krakov), “Zaqlembe” və “Rakuv” da Mahir Emreli ilə maraqlanır. “Legiya” isə Polşa çempionatında sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.