12:18 01-05-2021
news_image
146
FUTBOL

Olmasın Haland, Mbappe, olsun Levandovski – ispanlar üçün

“Bavariya”nın hücumçusu Robert Levandovski karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Real” Polşa millisinin üzvünün keçidində maraqlıdır.

Maliyyə problemi səbəbindən Erlinq Haland və Kilian Mbappe kimi hücumçuları astronomik məbləğə ala bilməyən “kral klubu” bu üzdən diqqətini Levandovskiyə yönəldib. Münhen klubunun da koronavirus pandemiyası səbəbindən yaranan büdcə boşluğunu aradan qaldırmaq üçün forvardı yayda 60 milyon avroya sərbəst buraxa biləcəyi vurğulanıb.

Qeyd edək ki, 2014-cü ildən “Bavariya”nın formasını geyinən Robert Levandovskinin klubla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.