22:00 01-05-2021
news_image
79
FUTBOL

“Messi Qvardiola sayəsində dünya ulduzu oldu” - Lam

“Bavariya”nın əfsanəvi kapitanı Filipp Lam sabiq baş məşqçisi Pep Qvardiolanın dünya futbolundakı rolundan danışıb.

Apasport.az saytının məlumatına görə, almaniyalı sabiq müdafiəçi ispaniyalı mütəxəssisin “Barselona”da olarkən Lionel Messini kəşf etdiyini bildirib.

Onun sözlərinə görə, argentinalı məhz Qvardiolanın sayəsində yüksəlişə nail olub: “Qvardiola tamamilə müstəsna bir istedad üçün yeni mövqe icad etdi. O, Lionel Messini mərkəz hücumçusu mövqeyində sınadı. Çünki bilir ki, böyük oyunların taleyini yalnız böyük futbolçular həll edir. Fərdi bacarıqdan irəli gələn yaradıcılıq sxemdən daha vacibdir. Messi də Pepin sayəsində dünya ulduzu oldu. Qvardiola futbolçuların dostu, qulluqçusudur”.

Qeyd edək ki, Filipp Lam 2013-2016-cı illərdə “Bavariya”da Pep Qvardiolanın rəhbərliyi altında oynayıb.