12:33 01-05-2021
news_image
110
FUTBOL

Klub prezidentinin cəzası 1 ilə qaldırıldı – koronavirusa görə

“Latsio”nun prezidenti Klaudio Lotitonun cəza müddəti uzadılıb.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri birillik futboldan uzaqlaşdırılıb.

Lotitonun fəaliyyəti koronavirus protokolunu pozduğu üçün 7 ay müddətinə dondurulmuşdu. Lakin məhkəmə prokurorluğun şikayətini təmin edərək, qadağanı 12 aya yüksəldib. Həmçinin romalıların tibbi heyətinin iki nümayəndəsi də birillik cəzaya məruz qalıb. Paytaxt klubu 200 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, bu cəzalar ötən ilin payızında futbolçuların pozitiv koronavirus testinin klub tərəfindən gizlədildiyi üçün kəsilib.