13:02 01-05-2021
news_image
229
FUTBOL

Yenidən fikrini dəyişdi - Neymar

PSJ-nin hücumçusu Neymar növbəti dəfə fikrini dəyişib.

Apasport.az saytının məlumatına görə, PSJ-də qalmağa can atan 29 yaşlı superulduz Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra tam əksinə çalışır.

Braziliya millisinin forvardı yenidən sabiq komandası “Barselona”ya qayıtmaq niyyətindədir. Lionel Messinin “Barsa”da qalacağını öyrəndikdən sonra Neymar kataloniyalılarla əlaqə saxlayaraq, dönmək arzusunu çatdırıb. Ancaq bir müddət əvvəl PSJ ilə yeni müqavilənin şərtləri şifahi razılaşdırıldığından, parislilər keçidə problem yarada bilər.

Qeyd edək ki, 2017-ci ildə 222 milyon avroya “Barselona”dan alınan Neymarın PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.