14:26 01-05-2021
news_image
65
FUTBOL

Kapitanlığı istəyir – “Yuventus”un gənc futbolçusu

“Yuventus”un müdafiəçisi Mattiys de Liqt ən böyük arzusunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu Turin klubunun kapitanı olmaq arzusundadır.

De Liqt indiki məqamda bunun mümkün olmadığını, lakin gələcəkdə sarğını daşımaq istədiyini söyləyib: “Yuventus”da oynamaq mənim üçün böyük şərəfdir və bir gün bu klubun kapitanı olmaq istəyirəm. Bu, indi o qədər də vacib deyil. Çünki komandada uzun illərdir oynayan ən azı dörd nəfər var. Yaxşı oynamaq, komandaya kömək etmək mənim üçün vacibdir. Kapitanın kim olacağına məşqçi qərar verəcək”.

Qeyd edək ki, Mattiys de Liqt “Yuventus”a 2019-cu ildə “Ayaks”dan keçib.