14:59 01-05-2021
news_image
120
FUTBOL

Darmadağınlar – avrokuboklarda

Avropa Liqasının yarımfinal mərhələsində “Roma”ya qarşı keçirilən oyunda 6:2 hesablı qələbə qazanan “Mançester Yunayted” finalın bir addımlığındadır.

Apasport.az saytının məlumatına görə, bu, “qırmızı şeytanlar”ın tarixinə avrokuboklarda ən çox qol vurduğu 11-ci oyun kimi düşüb.

Ümumilikdə “mankunianlar” tarix boyu Avropa arenasında 23 matçda minimum 5 top keçirib və böyük hesabla qalib gəlib. Bu baxımdan rekord 1956-cı ildə “Anderlext”lə qarşılaşmada olub. Həmin görüşdə ingilislər rəqib qapısından 10 cavabsız top keçirib.

“Mançester Yunayted”in avrokuboklarda minimum 6 qol vurub darmadağınla qələbə qazandığı matçlar aşağıdakılardır:

1. “Mançester Yunayted” – “Anderlext” - 10:0
Avropa Kuboku, ilkin mərhələ: 26 sentyabr 1956-cı il

2. “Mançester Yunayted – “Uoterford” - 7:1
Avropa Kuboku, I tur: 2 oktyabr 1968-ci il

3. “Mançester Yunayted” – “Roma” - 7:1
Çempionlar Liqası, 1/4 final: 10 aprel 2007-ci il

4. “Şemrok Rovers” – “Mançester Yunayted” – 0:6
Avropa Kuboku, ilkin mərhələ: 25 sentyabr 1957-ci il

5. “Mançester Yunayted” – “Helsinki” – 6:0
Avropa Kuboku, ilkin mərhələ: 6 oktyabr 1965-ci il

6. “Borussiya” Dortmund – “Mançester Yunayted” - 1:6
Şəhərlərarası Fuarlar Kuboku, II tur: 11 noyabr 1964-cü il

7. “Mançester Yunayted” – “Villem II” - 6:1
Kuboklar Kuboku, I tur: 15 oktyabr 1963-cü il

8. “Mançester Yunayted” – “Yurqarden” - 6:1
Şəhərlərarası Fuarlar Kuboku, I tur: 17 oktyabr 1964-cü il

9. “Brondbü” – “Mançester Yunayted” – 2:6
Çempionlar Liqası, qrup mərhələsi: 21 oktyabr 1998-ci il

10. “Mançester Yunayted” – “Fənərbaxça” – 6:2
Çempionlar Liqası, qrup mərhələsi: 28 sentyabr 2004-cü il

11. “Mançester Yunayted” – “Roma” - 6:2
Avropa Liqası, yarımfinal: 29 aprel 2021-ci il