15:31 01-05-2021
news_image
152
FUTBOL

Yeni müqaviləni təkzib etdi – Salah

“Liverpul”un hücumçusu Məhəmməd Salah klubla müqavilə müddətini uzatmağa yaxın olduğu barədə yayılan xəbərlərə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı forvard bunu təkzib edib.

Misir millisinin üzvü rəhbərlikdən bununla bağlı təklif almadığını açıqlayıb: “Klubdan heç kim mənimlə bu barədə danışmayıb. Buna görə də, yeni müqavilə ilə bağlı heç nə deyə bilmərəm”.

Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.