23:23 01-05-2021
news_image
255
FUTBOL

Qərarını verdi - Dibala

“Yuventus”un hücumçusu Paulo Dibala gələcəyinə qərar verib.

Apasport.az saytının məlumatına görə, argentinalı ulduz futbolçu “qoca sinyora”da qalmaq niyyətindədir.

28 yaşlı hücumçu özü bu barədə klub rəhbərliyini məlumatlandırıb. Ancaq tərəflər hələ də müqavilənin uzadılması məsələsində razılığa gələ bilməyib. Turin təmsilçisi yüksək məvacibi səbəbindən onunla yolları ayırmağın əleyhinə deyil.

Qeyd edək ki, “Yuventus”la müqavilə müddəti gələn ilin yayına qədər olan Dibala “Atletiko”nun maraq dairəsindədir.