23:28 01-05-2021
news_image

Qurbanlı finalda - Lissabonda

Azərbaycan millisinin üzvü Asiman Qurbanlı (+84 kq) Portuqaliyanın paytaxtı Lissabonda Karate1 Premyer Liqa turnirinin finalına çıxıb.

Karate Federasiyasından apasport.az saytına verilən məlumata görə, ardıcıl olaraq Rumıniya, İsrail, Ukrayna və Almaniyalı idmançıları məğlub edən karateçimizin qızıl medal uğrunda həlledici görüşdə rəqibi Gürcüstan təmsilçisi olacaq. 

Bazar günü mükafatlar uğrunda yarışlarda kata milli komandası bürünc medal görüşünə çıxacaq. Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırır.