00:13 02-05-2021
news_image
315
STOLÜSTÜ OYUNLAR

Aronyanla ilk görüşdə heç-heçə etdi – Məmmədyarov

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində həlledici görüşlərə start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda matçda ermənistanlı Levon Aronyanla qarşılaşıb. 

Qrossmeysterimiz ilk görüşdən 2:2 (0:1, 1:0, 0:1, 1:0) hesablı heç-heçə ilə ayrılıb. Şahmatçılar arasında ikinci matç yarışın sonuncu günündə - mayın 2-də baş tutacaq. 

Qeyd edək ki, mərhələnin qalibi Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) duelində bəlli olacaq.