12:57 02-05-2021
news_image
420
DİGƏR NÖVLƏR

Azad Rəhimov dəfn edilib - FOTO - YENİLƏNİB

Sabiq gənclər və idman naziri Azad Rəhimov bu gün dəfn olunub.

APA-nın əməkdaşının verdiyi məlumata görə, sabiq nazir II Fəxri Xiyabanda torpağa tapşırılıb. 

Dəfn mərasimi pandemiya səbəbindən məhdud çərçivədə keçirilib.

Mərasimə, əsasən, mərhumun ailə üzvləri və yaxınları qatılıb. 

Baş nazir Əli Əsədov da dəfndə iştirak edib. 

Qeyd edək ki, bir müddətdir, ABŞ-da xərçəng xəstəliyindən müalicə olunan A. Rəhimov 57 yaşında vəfat edib.

***

Saat 11:42

Gənclər və idman naziri Azad Rəhimov II Fəxri Xiyabanda dəfn edilir.

APA-nın əməkdaşının verdiyi məlumat görə, artıq Azad Rəhimovun cənazəsi Xiyabana gətirilib.

Xəbər yenilənəcək.