13:44 02-05-2021
news_image
242
DİGƏR NÖVLƏR

Daha bir medal – Avropa çempionatında

Soçidə keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında gənclər arasında çıxış edən Hüseyn Abbasov və Maqsud Mahsudovdan ibarət sinxron cütlük fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Apasport.az saytının məlumatına görə, bununla da yığma komandamızın hesabına qitə birinciliyinin 2-ci medalı yazılıb.

Daha öncə Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət millimiz tamblinq yarışında üçüncü pilləyə layiq görülüb.