21:35 02-05-2021
news_image
136
FUTBOL

“Mançester Yunayted”in azarkeşlərindən etiraz, oyun təxirə salındı - FOTOSESSİYA

İngiltərə Premyer Liqasının “Mançester Yunayted” – “Liverpul” qarşılaşmasının startı qeyri-müəyyən müddətə təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna mançesterli azarkeşlərin etiraz aksiyası səbəb olub.

“Mançester Yunayted”in sahibi olan Qleyzerlər ailəsinin klubu tərk etməsini tələbi irəli sürən fanatlar əvvəl şəhərin küçələrində, ardınca komandanın qarşılaşdığı “Lauri” otelinin önündə aksiya keçirib. Mahnılar oxuyub plakatlar qaldıran azakrkeşlər stadiona daxil olaraq “Old Trafford”da narazılığını nümayiş etdirir.

Oyunun hakimləri stadiona gəlsələr də, komandalar oteli tərk edə bilmir. Bu üzdən matçın taleyi dəqiqləşməyib.