22:17 02-05-2021
news_image
189
FUTBOL

Vidal harda, çempionluq orda – 10 mövsümdə 9-cu dəfə

Çilili futbolçu Arturo Vidal qeyri-adi göstəriciyə imza atıb.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı yarımmüdafiəçi son 10 mövsümdə 9-cu çempionluğunu yaşayıb.

O, buna “İnter”lə İtaliya A seriyasının qızıl medallarını qazanmaqla nail olub. O, bu müddətdə üç ölkədə çempionluq yaşayıb.

Arturo 2011/12, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində “Yuventus”la İtaliyanın ən yaxşısı olub. 2015/16, 2016/17 və 2017/08 mövsümlərində onun oynadığı “Bavariya” Almaniya Bundesliqasını qazanıb. 2018/19 mövsümündə isə Vidallı “Barselona” İspaniya La Liqasında sevinib.

Son 10 ildə yalnız bir dəfə çempion ola bilməyən çilili 2019/20 mövsümündə “Barselona” ilə İspaniyada gümüş qazanıb.