22:40 02-05-2021
news_image
252
FUTBOL

Çempion bilindi – Premyer Liqada

Avropanın daha bir ölkəsində çempion müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Zenit” Rusiya Premyer Liqasının qızıl medallarını qazanıb.

Sankt-Peterburq təmsilçisi bu uğuru XXVIII turun “Lokomotiv”lə matçında rəsmiləşdirib. Turnir cədvəlindəki ən yaxın izləyicisini 6:1 hesabı ilə darmadağın edən Sergey Semakın yetirmələri ardıcıl 3-cü dəfə ölkə çempionu olub. Sona iki tur qalmış qızıl medalları təmin edən komanda “Lokomotiv”dən 9, bir oyun az keçirən “Spartak”dan 11 xal öndə qərarlaşıb.

Ümumilikdə isə sankt-peterburqlular 8-ci çempionluğunu bayram edib. “Zenit” bir dəfə SSRİ, 7 dəfə Rusiyada hamını qabaqlayıb.

Qeyd edək ki, Sankt-Peterburq təmsilçisi bununla da Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.