09:19 03-05-2021
news_image
137
FUTBOL

“AVRO-2020-yə getsə, karyerasını məhv edə bilər” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp müdafiəçi Vircil van Deykin AVRO-2020-yə qatılmaq ehtimalına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı Niderland millisinin üzvünün bu turnirdə iştirakına qarşıdır.

Almaniyalı mütəxəssis bunun van Deykin karyerasına ciddi zərbə vuracağını düşünür: “Söhbət oyunçudan və karyerasından gedir, ona görə heç kim məcbur etməməlidir. İlk növbədə sağlamlıq vacibdir. Vircili cilovlamaq istəmirəm, ancaq onu da məcbur edə bilməzsən. Vircil uzun müddətdir futboldan uzaqdır. Belə vəziyyətdə AVRO-2020-yə getsə, karyerasını məhv edə bilər”.

Qeyd edək ki, AVRO-2020 11 iyun – 11 iyul tarixlərində keçiriləcək.