10:12 03-05-2021
news_image
79
FUTBOL

A seriyasında tarixə düşdü - Palasio

İtaliyanın “Bolonya” klubunun futbolçusu Rodriqo Palasio A seriyasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu het-trikə imza atan ən yaşlı oyunçu olub.

O, XXXIV turun “Fiorentina” ilə görüşündə (3:3) fərqlənib. Palasio 39 yaş 86 günlük ikən het-trikini rəsmiləşdirib.

Rodriqo Silvio Piolanın 1950-ci ildəki rekordunu arxada qoyub. 71 il öncə forvard 37 yaş 51 günlüyündə bir oyuna üç qol vurub.