12:21 03-05-2021
news_image
65
FUTBOL

29 ilin bombardirləri - avrokuboklarda

Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Roma” üzərində böyükhesablı (6:2) qələbə qazanan “Mançester Yunayted” finala yüksəlməyə çox yaxındır.

Apasport.az saytının məlumatına görə, komandanın uğurlu çıxışında Bruno Fernandeş və Markus Reşfordun rolu müstəsnadır.

Portuqaliyalı yarımmüdafiəçi cari mövsüm avrokuboklarda 9, ingiltərəli hücumçu isə 8 qola imza atıb. Bu performansı davam etdirəcəkləri təqdirdə, onlar klub tarixinin bir mövsümdə ən çox qol vurma rekordunu yeniləyə bilərlər.

1992-ci ildən bəri, yəni son 29 ildə “Mançester Yunayted”in heyətində bir mövsümdə Avropa arenasında ən çox qol vuran futbolçular bunlardır:

1. Rud van Nistelrooy (2002-03) – 9 oyun, 12 qol
2. Rud van Nistelrooy (2001-02) – 14 oyun, 10 qol
3. Bruno Fernandeş (2020-21) – 13 oyun, 9 qol
4. Markus Reşford (2020-21) – 11 oyun, 8 qol
5. Kriştiano Ronaldo (2007-08) – 11 oyun, 8 qol
6. Rud van Nistelrooy (2004-05) – 7 oyun, 8 qol
7. Duayt York (1998-99) – 11 oyun, 8 qol