13:46 03-05-2021
news_image
73
FUTBOL

Son 5 ildə ən çox qol vuranlar – 5 Premyer Liqa klubu

İngiltərə Premyer Liqasının XXXIV turunda “Kristal Pelas” üzərində 2:0 hesablı qələbə qazanan “Mançester Siti” son 5 ildə bütün turnirlərdə vurduğu qol sayını 700-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” bununla Premyer Liqanın digər klubları üçün əlçatmazdır.

Pep Qvardiolanın komandanın sükanı arxasında olduğu 2016-cı ildən bəri Mançester təmsilçisi orta hesabla hər görüşdə 2,4 qol vurur. Premyer Liqada çempionluğa yaxın olan “Mançester Siti” 700 qol səddinə çatmaq üçün 288 oyun keçirib.

Son 5 ildə ən çox qol vuran Premyer Liqa klublarına nəzər yetirək:

1. “Mançester Siti” – 288 oyun, 700 qol
2. “Liverpul” – 258 oyun, 543 qol
3. “Tottenhem” – 271 oyun, 532 qol
4. “Arsenal” – 279 oyun, 522 qol
5. “Çelsi” – 275 oyun, 515 qol