14:24 03-05-2021
news_image
94
FUTBOL

Baş məşqçisini istefaya göndərdi - "Valensiya"

“Valensiya” baş məşqçisi Xavi Qarsiya ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, “yarasalar” çalışdırıcını istefaya göndərib.

Bunu İspaniya klubu rəsmi saytı vasitəsilə bəyan edib. La Liqanın XXXIV turunda “Barselona”ya 2:3 hesablı məğlubiyyətdən sonra Qarsiya istefaya göndərilib. Komanda müvəqqəti olaraq Salvador Qonzalesə tapşırılıb.

Qeyd edək ki, "Valensiya" hazırda 36 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır. Xavi Qarsiya ötən ilin yayında baş məşqçi postuna gətirilmişdi.