16:01 03-05-2021
news_image

Sofiyada lisenziya arzusunda - yığmamız

Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək.

Apasport.az saytının məlumatına görə, yarışda çıxış edəcək qadınlardan ibarət yığmamız bu gün Bolqarıstana yollanıb. 

Sonuncu lisenziya turnirində ölkəmizi baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) təmsil edəcək. Yarışın proqramına əsasən, qadın güləşçilər mayın 7-8-də mübarizə aparacaq.

Qeyd edək ki, güləşin bu növündə yeganə lisenziyamızı 2019-cu ildə Nur-Sultanda keçirilən dünya çempionatında qızıl medal qazanan Mariya Stadnik (50 kq) əldə edib.