16:29 03-05-2021
news_image
1462
FUTBOL

Azərbaycan çempionuna 18 potensial rəqib – Çempionlar Liqasında

Avropanın milli liqalarında ötən həftəsonu keçirilən oyunlardan sonra Çempionlar Liqasının 2021/22 mövsümündə iştirak edəcək daha bir neçə komanda bəlli olub.

Apasport.az saytının məlumatına görə, bununla da yeni mövsümdə qitənin ən nüfuzlu klub turnirinə qatılacaq klubların sayı 33-ə çatıb.

Onlardan 10-u qrup mərhələsində yerini təmin edib. Bir komanda III, üçü isə II təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Onlardan biri – “Seltik” Liqa yolunda digərləri isə Çempionlar yolunda çıxış edəcək.

Azərbaycan çempionunun da qatılacağı I təsnifat mərhələsinin 18 iştirakçısı bəllidir. Bu raunda qatılacaq daha 15 komanda mövsümün qarşıdakı oyunlarında bəlli olacaq. Sonuncu iştirakçısı isə ilkin mərhələnin qalibidir. Bu mərhələdə qüvvəsini sınayacaq kollektivlərdən yalnız biri bəllidir.

Azərbaycanı “Qarabağ”la “Neftçi” cütlüyündən biri təmsil edəcək. Hələlik çempionun adı bilinmədiyi üçün təmsilçimizin yer alacağı səbət də bəlli deyil. Bu üzdən mərhələnin bütün iştirakçıları potensial rəqib sayıla bilər. Əslində, digər komandalar da növbəti mərhələlər üçün mümkün rəqiblər sayılır. Lakin ilk raund üçün hələlik 18 komanda dəqiqləşib.
 
İlkin mərhələ
“HB Torshavn” (Farer adaları)

I təsnifat mərhələsi
“Olimpiakos” (Yunanıstan)
“Malmö” (İsveç)
“Srvena Zvezda” (Serbiya)
“Legiya” (Polşa)
“Ferensvaroş” (Macarıstan)
“Şkendiya” (Şimali Makedoniya)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Jalgiris” (Vilnüs, Litva)
“Flora” (Estoniya)
“Buduçnost” (Monteneqro)
“Kayrat” (Qazaxıstan)
HİK (Finlandiya)
“Riqa” (Latviya)
“Şaxtyor” (Belarus)
“Şemrok Rovers” (İrlandiya)
“Valyur” (İslandiya)
“Bodo Qlimt” (Norveç)
“Hamrun” (Malta)

II təsnifat mərhələsi
“Slaviya” (Çexiya)
“Yanq Boyz” (İsveçrə)
“Seltik” (Şotlandiya)

III təsnifat mərhələsi
“Reyncers” (Şotlandiya)

Qrup mərhələsi
“Real” (İspaniya)
“Barselona” (İspaniya)
“Atletiko” (İspaniya)
“Sevilya” (İspaniya)
“Mançester Siti” (İngiltərə)
“Bavariya” (Almaniya)
“Zenit” (Rusiya)
“Dinamo” (Kiyev, Ukrayna)
“Ayaks” (Niderland)
“İnter” (İtaliya)