17:48 03-05-2021
news_image
118
FUTBOL

1-ci dəqiqədə zədələndi – xəstəxanaya aparıldı

Türkiyə Super Liqasının XXXIX turunun “Kasımpaşa” – “Alanyaspor” oyunu xoşagəlməz hadisə ilə start götürüb.

Apasport.az saytının məlumatına görə, qonaq komandanın yarımmüdafiəçisi Salih Uçan qarşılaşmanın 1-ci dəqiqəsində ağır xəsarət alıb.

Top uğrunda mübarizə zamanı sifətinə zərbə alan 27 yaşlı orta sahə oyunçusu dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Gələn mövsüm üçün “Beşiktaş”la ilkin razılığa gələn “Alanyaspor”un futbolçusunun durumuna tibbi testlərdən sonra aydınlıq gələcək.

Qeyd edək ki, hazırda davam edən görüşdə “Kasımpaşa” 2:0 hesabı ilə öndədir.