20:05 03-05-2021
news_image
209
FUTBOL

Lavalı Monrozdan üstün tutmalarının səbəbini açıqladı – “Neftçi”nin məşqçisi

“Çətin oyun olacağını bilirdik. Həm meydança amili, həm də Ramazan ayı olduğu üçün oruc tutanlar var”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin məşqçisi Vəfadar Quliyev Azərbaycan Premyer Liqasının XXV turunda “Keşlə” ilə keçirilən oyundan sonra deyib.

Baş məşqçi Samir Abasov cəzalı olduğu üçün komandanı meydana çıxaran köməkçi məşqçinin 3:0 hesabı ilə qalib gəldikləri görüş barədə təəssüratları belə olub: “Meydanda çalışdıq, layiqli qələbəmizi qazandıq. Əsas vacib 3 xalı aktivimizə yazdırdıq. Artıq gələn oyuna hazırlaşacağıq”.

Quliyev Stiven Monroza deyil, Yusuf Lavala daha çox güvənmələrinə də aydınlıq gətirib: “Yusufdan istədiyimizi alırıq. Demirəm ki, Monroz geri qalır. Fakt odur ki, Yusuf indi daha yaxşı formadadır. Monroza da güvənirik, o da oynayacaq”.