21:19 03-05-2021
news_image
59
FUTBOL

“Qarabağ”ın oyununa Əhmədovu göndərir - AFFA

Azərbaycan Premyer Liqasında XXV turun daha iki matçının təyinatları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə Peşəkar Futbol Liqası sabah keçiriləcək iki matçı idarə edəcək hakimlərin adlarını açıqlayıb.

“Qarabağ”la “Zirə” arasındakı görüşdə Rəşad Əhmədov ədalət təmsilçisi olacaqsa, Sumqayıtda eyniadlı komandanın “Sabah”la duelində Kamal Umudlu fit çalacaq.

Azərbaycan Premyer Liqası
XXV tur
4 may (çərşənbə axşamı)
18:00. “Qarabağ” – “Zirə”
Hakimlər:
Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”

20:15. “Sumqayıt” –“ Sabah”
Hakimlər:
Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”