22:10 04-05-2021
news_image
511
FUTBOL

“Qarabağ” qələbə qazana bilmədi – “Sumqayıt” uduzdu

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 2 oyun keçirilib.

Turnir cədvəlinin ilk yarısında qərarlaşan “Qarabağ”la “Zirə” arasında matçla qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran rəqiblər meydandan sülhlə ayrılıb. Bu, “Qarabağ”a turu zirvədə başa vurmaq üçün kifayət edib.

Turun son matçı Sumqayıtda baş tutub. Şəhərin eyniadlı təmsilçisi “Sabah”ı sınağa çəkib. Səfər matçında qələbə qazanan paytaxt təmsilçisi 3 xal sayəsində sonuncu pilləni tərk edib.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Keşlə”ni üç, “Səbail” “Qəbələ”ni bir cavabsız qolla məğlubiyyətə uğradıb.

Azərbaycan Premyer Liqası
XXV tur
4 may (çərşənbə axşamı)
18:00. “Qarabağ” – “Zirə” - 1:1
Qollar: 
Abdullah Zubir, 19 - Fakundo Melivilo, 17
Baş hakim: Rəşad Əhmədov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 8. Uroş Matiç, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Zirə”: 1. Mateus Albino, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 14. Fakundo Melivilo, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 17. Rodriqo Bonqonqui, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Azersun Arena”

20:15. “Sumqayıt” – “ Sabah” - 0:2
Qol: 
Mario Marina, 40, Fofana Tiemoko, 69
Baş hakim: Kamal Umudlu
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 5. Camaləddin Xocaniyazov, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
“Sabah”: 1. Saşa Stamenkoviç, 15. Ruslan Abışov (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 28. Kevin Kubemba, 30. Mario Marina, 9. Xulio Sezar Rodriqez, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 6. Şakir Seyidov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rustam Samigullin, 17. Məhəmməd Mirzəbəyov, 48. Dmitro Klots, 38. Arsen Ağcabəyov, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulayev, 33. Camal Cəfərov, 27. Samir Məhərrəmli, 77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev
“Kapital Bank Arena”

 

1

Qarabağ

25

14

9

2

58-17

51

2

Neftçi

25

15

5

5

41-25

50

3

Zirə

25

7

13

5

25-26

34

4

Sumqayıt

25

8

9

8

28-30

33

5

Sabah

25

6

7

12

24-31

25

6

Qəbələ

25

5

9

11

20-39

24

7

Səbail

25

5

9

11

21-35

24

8

Keşlə

25

4

11

10

22-36

23

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") – 18, Mahir Emreli ("Qarabağ") – 16, Filip Ozobiç ("Qarabağ") - 11 qol.