09:59 04-05-2021
news_image
314
FUTBOL

Komanda sayının müəyyənləşəcəyi tarix bilindi - Premyer Liqada

AFFA Lisenziyalaşdırma Komissiyasının iclasının vaxtı müəyyənləşib.

Bu barədə apasport.az saytına AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib.

O bildirib ki, komissiya mayın 8-də bir araya gələcək. İclasda I Divizion klubları “Qaradağ Lökbatan”, “Kəpəz”, “Turan Tovuz” və “Zaqatala”nın Premyer Liqada iştirak üçün müraciətinə baxılacaq. Həmçinin elita təmsilçilərinin Premyer Liqa və avrokuboklar üçün lisenziya müraciəti müzakirə olunacaq.

Lisenziyalaşdırma Qrupu komandaların sənədlərini yoxladıqdan sonra Lisenziyalaşdırma Komissiyasına təqdim edib. Bu komissiya da həftə ərzində sənədlərlə tanış olduqdan sonra iclasda yekun qərarlarını açıqlayacaq.

Qeyd edək ki, Premyer Liqada növbəti mövsümdən 10 komandanın iştirakı planlaşdırılır.