10:16 04-05-2021
news_image
146
FUTBOL

Fatih Terimi saxlamayacağını açıqladı – “Qalatasaray”da prezidentliyə namizəd

“Qalatasaray”da prezidentliyə namizəd Əşrəf Hamamcıoğlu baş məşqçi Fatih Terim postunda saxlamayacaq.

Apasport.az saytının məlumatına görə, bunu İdarə Heyətinin sabiq rəhbəri özü yerli mətbuata açıqlamasında bildirib.

O, prezident seçiləcəyi təqdirdə, Terimə klubda rəhbər vəzifədə çalışmaq təklifi edəcəyini söyləyib: “Məncə, Fatih Terim artıq klubda futbol direktoru kimi çalışmalıdır. O, mənimlə eyni yaşdadır və daha təcrübəlidir. Avropada rəqabət fərqli məcraya çatıb. Futbolçu kimi önəmli keçmişi olmayan Yurgen Klopp və Tomas Tuxel kimi gənc məşqçilər daha uğurlu olurlar. “Qalatasaray” isə Fatih Terimdən idarəçilik işində daha çox fayda görər. Vaxtı gələndə onunla bu məsələni müzakirə edəcəyik”.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri mayın 29-da keçiriləcək.