10:54 04-05-2021
news_image
256
FUTBOL

Dünya ulduzlarının sürdüyü avtomobillər - KOLLEKSİYA

Dünya futbolunun ulduzları meydanda olduğu kimi ondan kənarda da fərqlənməyi xoşlayır. 

Apasport.az saytının məlumatına görə, bu, onların üstünlük verdiyi avtomobillərdə də öz əksini tapır.

Əksər ulduzlar brend nəqliyyat vasitələrindən yararlanırlar. Futbol meydanlarındakı kimi avtomobilləri ilə digərlərini arxada qoyanlar Kriştiano Ronaldo və Lionel Messidir.

Hər iki əfsanə avtomobil kolleksiyasına malikdir. Portuqaliyalının qarajında 8 milyon avroya aldığı “Bugatti Centodieci” də var. Cəmi 10 ədəd istehsal olunan bu marka avtomobil saatda 380 km sürətlə hərəkət edə bilir.

Messi də ondan geri qalmamağa çalışır. “Ferrari 335 S Spider Scaglietti”, “Audi R8 GT” və “Maserati Granturismo MC Stradale” kimi avtomobillərinə digər futbolçular həsəd apara bilər.

Ronaldo ilə ayaqlaşa bilməsə də, Kərim Benzema da maşını ilə öyünə bilər. Onun idarə etdiyi “Bugatti Chiron”un dəyəri 2,5 milyon avrodur.

Məhəmməd Salahın sahibi olduğu “Pagani Zonda”nın qiyməti 1,5 milyon avro təşkil edir. Neymarın avtomobilinin dəyəri isə 550 mindir. 

Karyerasını davam etdirən və ya bir müddət əvvəl başa vuran ulduzların sahibi olduğu avtomobilləri təqdim edirik:

Kriştiano Ronaldo - Bugatti Centodieci və başqaları


Lionel Messi - Ferrari 335 S Spider Scaglietti, Audi R8 GT, Maserati Granturismo MC Stradale


Zlatan İbrahimoviç - Ferrari Enzo Ferrari
Frenk Lempard - Ferrari 599 GTB Fiorano
Məsut Özil - Ferrari 458
Mario Balotelli - Ferrari F12.
Robin van Persi - Porsche Cayenne Turbo
David Vilya - Porsche 911 Turbo
Neymar - Porsche Panamera Turbo S
Məhəmməd Salah - Pagani Zonda


Ueyn Runi - Range Rover Overfinch
Dik Kuyt - Aston Martin Rapide
Samue Etoo - Bentley GT63
Serxio Aquero - Range Rover
Paulo Dibala - Jeep Grand Cherokee
Emanuel Adebayor - Bentley GTC
Niklas Bendtner - Aston Martin DBS
Frank Riberi - Lamborghini Gallardo LP560-4 Spyder
Cerom Boatenq - Mercedes-Benz CLK 63 AMG Black Series
Xavyer Maskerano - Аudi Q7
Kərim Benzema - Bugatti Chiron


Didye Droqba - Mercedes SLR McLaren Roadste


Nqolo Kante - Mini Cooper