11:02 04-05-2021
news_image
111
FUTBOL

Daha bir türkiyəliyə elçi düşdü – “Milan”

“Milan” daha bir türkiyəli futbolçunu heyətinə qatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, “rossonyerlər” “Lill”in yarımmüdafiəçisi Yusuf Yazıcıya elçi düşüb.

İki il əvvəl pleymeykeri “Trabzonspor”dan 17,5 milyon avroya alan fransızlar oyunçusunu 50 milyon avroya satmağı planlaşdırır. Klublar arasında danışıqlara artıq start verilib. Əgər italyanlar tələbi müsbət cavablandırsa, pulun 6,5 milyon avrosu “Trabzonspor”a çatacaq.

Qeyd edək ki, Yusuf Yazıcı cari mövsüm “Lill”in heyətində 39 oyunda 14 qol vurub, 5 məhsuldar ötürmə verib.