11:21 04-05-2021
news_image
57
FUTBOL

Halandın şərti – Çempionlar Liqasına vəsiqə olmasa...

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, rəhbərlik norveçli forvardın qalacağını açıqlasa da, hər şey Bundesliqanın son turlarındakı nəticədən asılı olacaq. Hazırda 5-ci pillədə qərarlaşan “Borussiya” Çempionlar Liqasına vəsiqə qazanmasa, Haland yayda digər variantları nəzərdən keçirəcək. Onun xidmətində maraqlı olan “Real” bu transferi gələn il 75 milyon avroya həll etməyi planlaşdırırsa, “Barselona” mövsümün sonunda keçidi reallaşdırmağa çalışacaq.

Qeyd edək ki, Erlinq Haland ötən ilin yanvarından “Borussiya”nın formasını geyinir. 21 yaşlı hücumçu bu mövsüm 38 oyunda 37 qol vurub, 11 assist edib.