11:26 04-05-2021
news_image
277
TOP OYUNLARI

Belarus klubundan ayrıldı – yığmamızın hücumçusu

Qadınlardan ibarət Azərbaycan milli komandasının voleybolçusu Marqarita Stepanenko (Əzizova) Belarusun “Minçanka” klubundan ayrılıb.

Apasport.az saytının məlumatına görə, bunu Minsk təmsilçisinin sosial şəbəkədəki səhifəsi açıqlayıb.

Bir il əvvəl bu klubla anlaşan milliləşən legionerin müqaviləsi başa çatıb. Diaqonal oyunçusu yeni klub axtarışına başlayıb.

27 yaşlı hücumçunun çıxış etdiyi “Minçanka” Rusiya çempionatında 5-ci yeri tutub. Belarus təmsilçisi CEV kubokunda 1/8 finala qədər irəliləyib.

Qeyd edək ki, 2012-17-ci illərdə “Telekom”da oynamış hücumçu Azərbaycan çempionatlarının qızıl (2017) və gümüş (2016) mükafatçısıdır. O, Türkiyə və Polşa klublarında da legioner həyatı yaşayıb.