12:48 04-05-2021
news_image
73
FUTBOL

“Meydanda ölsəm də...” – Neymar iddialı danışdı

PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti” ilə oyunöncəsi iddialı danışıb.

Apasport.az saytının məlumatına görə, braziliyalı forvard öz meydanlarındakı ilk görüşdə məğlubiyyətə (1:2) baxmayaraq, şanslarının davam etdiyini düşünür.

Neymar finala vəsiqə üçün əlindən gələni edəcəyinə söz verib: “Ön cəbhədəyəm və komanda üçün vuruşan ilk döyüşçü olacağam. Meydanda ölsəm də, qələbə qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. Döyüşü uduzduğumuz görünür, amma mübarizə davam edir. Statistika nə deyir-desin, şansımızın olduğunu düşünürəm”.

Qeyd edək ki, bu gün keçiriləcək “Mançester Siti” – PSJ oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.