14:01 04-05-2021
news_image
63
FUTBOL

“Dostlarımın hamısı öldü” – Şevçenko Çernobıl faciəsi haqda

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Çernobıl faciəsini yada salıb.

Apasport.az saytının məlumatına görə, ötənlərin əfsanəvi futbolçusu 1986-cı ildə baş verən faciə barədə danışıb.

Şeva bu səbəbdən böyüdüyü yerdən 200 km uzaqlıqda yaşadığını söyləyib: “10 yaşında idim, hər yerdə futbol oynayanda dəli kimi əylənirdim. Məni Kiyev “Dinamo”sunun akademiyasına götürmüşdülər. Sonra 4-cü reaktor partladı, hamımızı oradan çıxardılar. Hələ də ağrı hiss edirəm. SSRİ ölkələrindən avtobuslar gəldi, 6-15 yaş arası bütün uşaqları apardı. Evdən 1500 km uzaqlıqda idim. Özümü filmdəki kimi hiss edirdim. Məhəlləmdən də getdikcə uzaqlaşırdım”.

Çalışdırıcı uşaqlıq dostlarının çoxunun müxtəlif səbəblərdən öldüyünü söyləyib: “Kiyevdə bir neçə dostum var idi. Onların hamısı radiasiyadan deyil, alkoqoldan, narkotik qəbulundan və ya silah problemlərindən öldülər. Divarlardakı çatlar böyüyürdü. Bütün insanlar kimi, dostlarım da heç nəyə inanmırdılar. Hamısı yoxa çıxdı. Məni isə ailəmin sevgisi və futbol qurtardı”.