14:07 04-05-2021
news_image
55
FUTBOL

Naxçıvana yollandı – AFFA rəsmiləri

AFFA rəsmiləri Naxçıvana səfər edib.

Apasport.az saytının məlumatına görə, Naxçıvan Futbol Federasiyasının dəvəti ilə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, texniki direktor Cahangir Həsənzadə və Kütləvi Futbol Departameninin müdiri Fərrux İsmayılov Naxçıvan şəhərinə səfərə yollanıb. 

Səfər çərçivəsində AFFA-nın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Naxçıvan Futbol Federasiyasının prezidenti Azad Cabbarovla görüşüb. Tədbirdə müxtəlif futbol tədbirlərinin təşkili, kütləviliyin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Sonra AFFA rəsmiləri bir müddət öncə istifadəyə verilmiş Uzunoba Təlim-Məşq İdman Kompleksinə gedərək burada yaradılmış şəraitlə yaxından tanış olublar.